Rothman: “ABŞ və müttəfiqləri Ukraynanı iki yerə bölə bilər”

71

Amerikanın mühafizəkar “National Review” jurnalının köşə yazarı Noah Rothmanın fikrincə, Amerika Birləşmiş Ştatları və müttəfiqləri Ukrayna münaqişəsini sülh danışıqları yolu ilə bitirmək niyyətindədirlər, Ukrayna isə iki yerə bölünə bilər.

Elchi.az xəbər verir ki, məqalə müəllifi qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri rus qoşunlarına müqavimət göstərmək və 1991-ci ildə Ukrayna sərhədlərinə çatmaq üçün çox zəifdir.

“Krımın və Donbasın Kiyevin nəzarətinə qaytarılması əməliyyatlarına gəlincə, bu, ABŞ və müttəfiqlərinə həddən artıq baha başa gələcək: bunun üçün böyük miqdarda texnika və sursat, həmçinin hava dəstəyi və xarici kəşfiyyata çıxış tələb olunacaq”,-deyə Rothman yazır.

“Rusiya isə yeni ərazinin bir qarışını belə vermək fikrində deyil. Belə bir vəziyyətdə ən real ssenari Ukraynanın diplomatik danışıqlardan sonra parçalanmasıdır”- deyə məqalədə qeyd olunub.

Yeganə