image-bez-nazvaniyabackend

RADANIN TVİTİ VƏ TÜPÜRDÜYÜNÜ YALAYAN XOXOLLAR! 

Ukrayna Parlamenti Azərbaycan Ordusunun Qarabağ ərazisində apardığı son hərbi əməliyyatları alqışlayıb. Hətta Radanın Twitter hesabından dünənki paylaşımında da bu haqda bəhs olunub.
Ukrayna tərəfinin bu hərəkətindən narazı qalan Ermənistan dərhal hərəkətə keçib və diplomatik işləmlərə başlayıb…

Əvvəlcə Ukraynanın İrəvandakı səfiri Denis Avtonomov Ermənistan XİN-ə dəvət olunub və ona etiraz bildirilib. Nəticədə səfir bu açıqlamanı vermək məcburiyyəti ilə üzləşib: “ЭТОТ ПОСТ НЕ ОТРАЖАЕТ ПОЗИЦИЮ ОФИЦИАЛЬНОГО КИЕВА!”

Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan da məsələ ilə bağlı ilginc açıqlama verib: “…Посольство Армении в Киеве оперативно отреагировало на твит. Благодаря нашему вмешательству сразу после начала работы здесь оно было удалено в течение 15 минут”.

Padanın tvitinin silinməsini Avtonomov da təsdiq edib: “Я затрудняюсь сказать, почему такой пост появился на официальном аккаунте. Мне сложно сказать, кто и почему так поступил. Но теперь этот твит удален”.
*
Bu statusu niyə yazdığımı maraq edirsinizmi? Bilmək istəyirəm görüm, bizim “çistokrovnıy xoxollarımız” bu haqda nə düşünürlər? Görəsən, onlar yenə də o fikirdədilər ki, biz əlimizə silah alıb, gedib Kiyev, Mariupol, Xerson və Xarkovun müdafiəsində durmalıyıq?

Bax, beynəlxalq siyasət budur, münasibətlər belə tənzimlənir. Ukrayna kimi 45 milyonluq kos-qoca dövlət bir dılqır Ermənistanın diplomatik təzyiqləri qarşısında duruş gətirə bilmədi, tüpürdüyünü yaladı! Ancaq bizim cahil və salak xoxollarımız, hansılar ki, Ukraynanın baş kəndinin Xarkov olduğunu düşünürlər, bir aydır tumanlarını cırıb başlarına keçirir, bar-bar bağırırlar ki, niyə Azərbaycan dövləti Ukraynanın tərəfində Rusiyaya qarşı vuruşmur! Heç mən ukraynalılar içərisində bir Tofiq Yaqublu da görmədim ki, Kiyevdə Azərbaycan səfirliyinə Zelenskidən şikayət etsin.

Özünüzə gəlin salak cahillər!
Ukrayna Ermənistanın diplomatik təzyiqinə tab gətirə bilmirsə, biz niyə onlara görə dünyanın 1-ci supergücünün belə qorxduğu 2-ci supergücünə qarşı açıq şəkildə durmalıyıq!

Əgər siz cahillər “Слава Украине! Слава Зеленски!” deyirsinizsə, mən də bir Azərbaycan vətəndaşı kimi “YAŞASIN AZƏRBAYCAN! YAŞASIN İLHAM ƏLİYEV!” deməyimlə fəxr duyuram!

Fərəməz Novruzoğlu

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki