BMT-nin baş katibi Antonio Quterreş iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda Ukrayna üzrə keçiriləcək sammitdə iştirak etməyəcək.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin ofisində məlumat verilib.
“O getməyəcək. BMT lazımi səviyyədə təmsil olunacaq”, – Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik Quterreşin konfransda iştirakı ilə bağlı sualı belə cavablandırıb.
İsveçrə hökuməti “sülh sammitinə” 160-dan çox ölkədən nümayəndə heyətinin dəvət edildiyini açıqlayıb. Konfrans son aylarda aparılan müzakirələrə əsaslanacaq. Xüsusilə, Ukrayna lideri Vladimir Zelenskinin “sülh formulu” müzakirə olunacaq.
Nuranə Məmmədova