Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasının(AES) yarımstansiyasına hücumu şərh edib.
Elchi.az xəbər verir ki, Qrossi hücumlara son qoymağa çağırıb.
Qrossi dəfələrlə PUA hücumlarının nüvə təhlükəsizliyi və insan həyatı üçün təhlükə yaratdığını bildirib.
Xatırladaq ki, bundan əvvəl “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Enerqodar yarımstansiyasına hücumu Ukraynanın Birləşmiş Millətlər Təşkilatının (BMT) normalarına əməl etmək niyyətində olmadığını göstərir.
O, əlavə edib ki, dron hücumu işçilər “Rainbow” yarımstansiyasında olarkən qəsdən həyata keçirilib.
Yeganə
Mənbə: TASS.ru