Delta Air Lines-in Detroitdən Amsterdama uçan təyyarəsi ən azı 12 sərnişinin ağır xəstələnməsindən sonra Nyu Yorkdakı JFK hava limanına təcili eniş edib.
Elchi.az xəbər verir ki, hadisə iyulun 2-də, Airbus A330 təyyarəsi Kanada hava məkanı üzərində olarkən və təxminən üç saatlıq uçuşdan sonra baş verib. İçərisində 277 sərnişin olan təyyarə təxminən bir saat sonra JFK hava limanına enib.
Nyu-York Yanğınsöndürmə İdarəsinin təcili tibbi yardım işçiləri xəstələnən sərnişinlərə cavab verib. İlkin məlumatlara görə, sərnişinlərin qida zəhərlənməsindən təsirləndiyi məlum olub.
Delta Air Lines etiraf edib ki, “qidaların bir hissəsi uçuş zamanı xarab olub”. Aviaşirkət bu hadisənin Deltanın məlum xidmət standartlarını əks etdirmədiyini bildirib.
Nyu-York rəsmiləri, 10 ekipaj üzvü olmaqla, ümumilikdə 24 nəfərin xəstələndiyini bildirilib.
Şayəstə Hüseynova