image-66666backend

“Qarabağdakı təxribatların səbəbkarı Rusiyadır” – Hərbi ekspertdən AÇIQLAMA

“Qarabağda baş verən təxribatların səbəkarı Rusiyadır.”- Alp.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkədəki hesabından yazıb.

Hərbi ekspert hesab edir ki, Rusiya vaxtında Üçtərəfli Bəyanatın şərtlərinə əməl etsəydi bu təxribatlar baş verməzdi.

“Bu gün Qarabağda baş verən gərginliyin əsas səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir. Əgər 16 ay əvvəl imzalanan Üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi və Rusiya tərəfi də bu proseslərin yerinə yetirilməsinə nəzarətini tam həcmdə icra etsəydi, bu gün biz Qarabağ ərazisində nə erməni silahlıları görərdik, nə də erməni silahlılarının təxribatı ilə qarşılaşardıq”.- hərbi ekspert qeyd edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki