Fələstinin telekommunikasiya şirkətlərindən biri olan Paltel Group İsrailin hücumları altında olan Qəzza zolağının şimalında internetə çıxışın kəsildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Fələstinin telekommunikasiya şirkətlərindən Paltel Group-dan verilən yazılı açıqlamada İsrailin davam edən hücumlarının rabitəyə təsir etdiyi bildirilib.
Açıqlamada, hücumlar səbəbilə Qəzza şəhəri və şimal bölgələrində sabit internet xidmətlərinin kəsildiyi və qrupların girişi bərpa etmək üçün işlərini davam etdirdiyi bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi hücumlarda infrastrukturun hədəfə alınması nəticəsində Qəzza zolağının müxtəlif yerlərində dəfələrlə internet və rabitə kəsilib.
İsrailin Qəzza zolağına davam edən hücumları ilə bölgədə su, qida, dərman, elektrik və yanacaq təchizatı kəsilir, sabit telefon, cib telefonu və internet rabitə xidmətləri tez-tez kəsilir.
Nuranə Məmmədova