İsrailin ölüm yağışı yağdığı Qəzzada həyatını itirənlərin sayı 37 min 658-ə yüksəlib.
İsrail 263 gündür Qəzza zolağında qırğınlarını davam etdirir .
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saat ərzində dinc əhaliyə qarşı 3 hücum təşkil etdiyi, 32 nəfərin həyatını itirdiyi, 139 nəfərin yaralandığı bildirilib.
Hücumların başladığı 7 oktyabrdan bəri ölənlərin sayının 37 min 658-ə, yaralıların sayının isə 86 min 237-yə yüksəldiyi qeyd edilib.
Nuranə Məmmədova