image-1649123755_putin-seinbackend

Putinin yalnız bu şəxsə etibar etdiyi üzə çıxdı…-VİDEO

Rusiyanın neft-qaz şirkəti “Rosneft”in idarə heyətinin sədri İqor Seçin Rusiya prezidenti Vladimir Putinin tam etibar etdiyi yeganə şəxsdir.
Alp.az xəbər verir ki,  bunu  məşhur bolqar jurnalisti, beynəlxalq “Bellingcat” qrupunun baş təhqiqatçısı Xristo Qrozev özəl mənbələrinə istinadla “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində deyib.
“Bizim kəşfiyyat məlumatlarımıza görə, o, yalnız Seçinə güvənir. Yalnız Seçin ona nə düşündüyünü deyə bilər. Qalan hamısı… O, onlara çətin ki, etibar etsin”, – Qrozev belə deyib.
Məsələn, jurnalistin fikrincə, Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “hərbi məsləhətinə” qulaq asa bilər, “amma çətin ki, ona inansın”.
Qrozev hesab edir ki, Ukraynada müharibə nə qədər uzansa və ruslar onun nəticələrini nə qədər çox hiss etsə, Putinin ətrafında onun eşitdiyi bir o qədər az adam qalacaq.
“Düşünürəm ki, Rusiyada  hərbi vəziyyətlə bağlı sosial durum nə qədər çətin olacaqsa (Bu hələ görünmür, indi hələlik insanlarda adrenalinin zirvəsi dövrüdür. O, gedəcək və bir aydan sonra biz real sosial gərginliyin şahidi olacağıq), o, getdikcə daha az insana güvənəcək və daha çox təmizlənmələr olacaq”, – deyə jurnalist proqnozlaşdırıb.
Qrozev hesab edir ki, vəziyyət Sovet diktatoru İosif Stalin və Almaniya diktatoru Adolf Hitlerin dövrlərini xatırladacaq.

Moderator.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki