Putin bildirib ki, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyadan qoşunlarını çıxarsa və NATO-ya üzv olmaq istəyindən əl çəkərsə, danışıqlara başlaya bilərlər. Putin, “Biz bu gün yenidən Ukraynaya əsl sülh təklifi veririk. Biz məsələni dondurmaq deyil, müvəqqəti atəşkəs yaratmağı və münaqişələrə son verməyi təklif edirik” dedi.
Elchi.az xəbər verir ki, Putin həftə sonu İsveçrədə keçiriləcək Ukrayna sammitindən əvvəl danışıb.
Sülhün şərtlərini açıqladı.
O, Ukraynanın NATO-ya üzv olmaq məqsədlərindən əl çəkəcəyi və Ukrayna qoşunlarının Rusiyanın Ukraynada ilhaq etdiyi dörd bölgədən çıxacağı təqdirdə Rusiyanın atəşkəs elan edəcəyini və sülh danışıqlarına başlayacağını açıqlayıb.
Putin bildirib ki, Rusiya Ukrayna qoşunlarının təhlükəsiz şəkildə çıxarılmasına zəmanət verməyə hazırdır.
Putin həmçinin İsveçrədə keçiriləcək sammitə dəvət olunmamasından şikayətlənib.
O, Zelenskinin qatılacağı, lakin müharibənin qarşı tərəfi olan Rusiyanın dəvət olunmadığı sammitin “boşuna” cəhd olduğunu bildirib.
Avropa İttifaqı müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Mühafizə Direktivinin qüvvədə olma müddətini 2026-cı ilə qədər uzatmaq qərarına gəlib.
Direktivə əsasən, ukraynalılar yaşamaq icazəsi ala, təhsil və səhiyyə xidmətlərindən yararlana, Aİ ölkələrində tapıb işləyə bilərlər.
Ukraynalılara sosial rifah, mənzil və dolanışıq yardımı kimi imkanlar da verilir.
Hazırda 4 milyon 2 yüz min ukraynalı Aİ ölkələrində müvəqqəti müdafiədən yararlanır.
Şayəstə Hüseynova