Putinin ölümcül silahı sınaqdan keçirildi

36

Rusiya 17 min kilometrdən artıq mənzilə sahib olan “Satana-2” termonüvə raketini uğurla sınaqdan keçirib.
Elchi.az xəbər verir ki, bunu Rusiya Strateji Raket Qoşunlarının komandanı Sergey Karakayev deyib.
Qeyd edək ki, sözügedən raketin Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl “Satana-2” raketinin ilin sonunadək ikinci sınağını keçirməyi əmr etmişdi.