Rusiya prezidenti Vladimir Putin, Rusiya tibb dünyasındakı inkişaflarla əlaqədar çıxışında, “Xərçəng peyvəndi istehsal etməyə yaxınıq” deyib.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən “Gələcəyin Texnologiyaları Forumu”nda çıxış edib.
Rusiya tibb dünyasındakı inkişaflara istinad edən Putin, rus elm adamlarının xərçəng peyvəndi hazırlamaq üçün səylərinin sona yaxınlaşdıqlarını ifadə edərək, “Xərçəng peyvəndi və xərçəng peyvəndi olaraq bilinən yeni nəsil immunitet sistemini tənzimləyən dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, çox yaxında fərdi müalicə üsulları kimi effektiv istifadə olunacaq” .
Rusiyada xərçəng hadisələrinin nəzarət altına alınması üçün işləri davam etdirdiklərini bildirən Putin, 500-dən çox xərçəng klinikasının bu mövzuda aktiv şəkildə çalışdığını əlavə edib.
Nuranə Məmmədova