Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə operativ iclas keçirib.
Alp.az xəbər verir ki, Rusiya liderinin mətbuat xidmətinin məlumatına görə, iclasda Ukrayna ətrafındakı vəziyyət müzakirə edilib.
Eyni zamanda Rusiya üçün təhlükəsizlik təminatları mövzusunda da fikir mübadiləsi aparılıb. Əsas mövzu yüksək texnologiyalı sənayenin inkişafı olub.
İclasda Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, və digər dövlət rəsmiləri iştirak ediblər.