Cümə günü, aprelin 22-də Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə görüş keçirib. Əsas hissədən sonra dar tərkibdə qapalı formatda hərbi planlar müzakirə edilib. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov mayın 7-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq vədlərini bir daha təsdiqləyib. Onu da etiraf edib ki, müəyyən şərtlər daxilində planların həyata keçirilməsi daha çox vaxt aparsa da, Ukraynanın Nikolaev və Odessa vilayətlərinin tutulacağı təqdirdə daha böyük uğur gətirəcək.
Gerasimov təklif edir ki, yalnız Donetsk və Luqansk vilayətlərinin tutlması ilə kifayətlənməyib, mayın 7-nə kimi bu rayonları ələ keçirmək tapşırığını yerinə yetirdikdən sonra, daha geniş hərəkət edib, bir neçə ay ərzində bütün cənubi Ukraynanı və Moldovanı ələ keçirsinlər. Gerasimovun sözlərinə görə, bu halda məhz Moldova “müsbət bonus” olacaq, çünki bu ölkə “Ukrayna kimi müqavimət göstərməyəcək”. Putin bu planları, prinsipcə, dəstəkləyib, lakin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxışı prioritet adlandırıb və tələsməyi təklif edib.
İclasda iştirak etmək üçün Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov da qoşulub. Kostyukov Vladimir Putindən hər şey, o cümlədən qəzaya uğramış “Moskva” raket kreyseri üçün tam proqram adlandırılan proqramı qoparmış şəxsdir. Putinin sözlərinə görə, Qara dəniz donanmasının flaqmanının itirilməsinə görə Kostyukov şəxsən məsuliyyət daşıyır, çünki birincisi, Kostyukov kəşfiyyatı uğursuzluğa düçar edib, ikincisi, Kostyukov admiral olub və Ukraynanın “Moskva”ya zərbə endirmək imkanları barədə məlumatlı olmalı idi. Kostyukov prezidentin ona ünvanladığı bir sıra söyüşlərə qulaq asıb, çox üzr istəyib və günahını yumaq üçün fürsət istəyib, həqiqətin fərqli olduğunu isbatlamağa çalışsa da, Putin Kostyukovun sözünü kəsərək heç nəyi aydınlaşdırmaq istəməyib. Bununla da iclasın qapalı hissəsi yekunlaşıb.
Hər şey olduqca sadədir, Gerasimov vaxtı uzadır, həyata keçirilməsi çətin olan əlavə tapşırıqları yerinə yetirməyi vəd edir, anlayır ki, karyerasını, hətta, həyatı və azadlığını əlindən ala biləcək vədləri ilə söz verdiyi minimum proqram bu müddət ərzində həyata keçirilə bilməz. Ona görə də vaxtı uzatmaq onun edə biləcəyi tək şeydir. Ola bilsin ki, Vladimir Putinin səhhəti ilə bağlı olan və yaxud hansısa bilmədiyimiz səbəblərlə bu müddət ərzində nəyinsə dəyişəcəyinə ümid edir. Kostyukova gəlincə isə, prezidentin onu daha əvvəl Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi olmuş və hər ikisi müəmmalı şəkildə “vəfat etmiş” Korobov və Serqunun ardınca göndərmək əmri çoxdan verilib və görünür, onlar bu planların həyata keçirilməsini gecikdirməyəcəklər.
Dadaş Əhmədli