Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Vladimir Putin ənənəyə uyğun olaraq Vəftiz günü Moskva yaxınlığında buzlu suya girib.
“Bilirsiniz ki, bu gün Vəftiz bayramıdır, prezident Moskva yaxınlığındakı Vəftiz mərasimində iştirak edib. Bu dəfə video-foto çəkiliş yoxdur, sadəcə olaraq onun ənənəsinə əməl etdiyini bildiririk”, – deyə o, qeyd edib.
Qeyd edək ki, yanvarın 19-da pravoslav xristianlar Rəbbin Vəftiz bayramını qeyd edirlər. Bu bayramda Rusiyada ənənəvi olaraq xüsusi olaraq qazılmış və məsh edilmiş buz hovuzlarına girirlər.
Yeganə