Polşa hakimiyyəti iyulun 1-dən ukraynalı qaçqınlara və polşalı ev sahiblərinə ukraynalıları qəbul etdiklərinə görə ödənişləri ləğv etmək qərarına gəlib.
Elchi.az-ın xəbərinə görə, Polşa hakimiyyəti “40+” güzəştinin ləğvini sistemin etibarlılığının təmin edilməsində yaranan çətinliklərlə izah edib.
“Bu proqram çərçivəsində Ukrayna vətəndaşlarının özləri tərəfindən çoxlu sayda müraciətlər edilib. Bu cür hərəkətlər onların ailə üzvləri olan insanların məskunlaşması ilə bağlı şübhələr yaradırdı”, – deyə materialda qeyd edilir.
Xatırladaq ki, bu ana qədər Ukraynadan olan qaçqınları yerləşdirən ev sahiblərinə hər adam üçün gündə 40 zloti ödənilirdi. Digər məsələlərlə yanaşı, Polşa hakimiyyəti qaçqınların özləri üçün 300 zloti məbləğində birdəfəlik ödənişləri ləğv etmək qərarına gəlib.
Yeganə
Mənbə: Mk.ru