Jurnalistlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdi ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin müdafiəsi üçün əlavə tədbirlərin mümkünlüyü barədə sual veriblər.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Kreml nümayəndəsi cavab verib ki, dövlət başçısının təhlükəsizliyi üçün lazım olan işlər görülür və Vladimir Putinin təhlükəsizlik tədbirlərini gücləndirmək planları yoxdur.
“Təhlükəsizlik tədbirləri adi səviyyədə qalır”,-deyə Peskov Teleqram kanalına şərhində bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Polşada Slovakiyanın baş nazirinə sui-qəsddən sonra məmurlar üçün mühafizənin gücləndirildiyi bildirilib.
Yeganə