Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin perspektivləri zəifdir.
Elchi.az-ın xəbərinə görə, Peskov qeyd edib ki, Rusiya Avropa diplomatiyasının hansısa şəkildə münasibətləri normallaşdırmaq baxımından hərəkət edəcəyini düşünmür.
Xatırladaq ki, bundan əvvəl Aİ liderləri Portuqaliyanın keçmiş baş naziri Antonio Kostanın Avropa Şurasının rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyiblər. Estoniyanın baş naziri Kay Kallas Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi vəzifəsinə təyin edilib. Ursula fon der Leyen isə ikinci müddətə Avropa Komissiyasının rəhbəri olaraq qalır.
Yeganə
Mənbə: TASS.ru