Pentaqon rəhbəri ABŞ-ın Rusiya ilə hibrid müharibəsinə hazır olmadığını etiraf etdi

2

“ABŞ Rusiya ilə “nümayəndəli və hibrid” savaşa hazır deyil və bunun üçün müdafiə və kəşfiyyat strukturlarının inkişaf planlarında dəyişikliklər edəcək”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Mark Esper bəyan edib.

“Vasitəli” və ya “nümayəndəli” müharibə münaqişə tərəflərinin hansısa böyük dövlətin yardımı altında savaşmasıdır. Belə müharibələrə örnək olaraq Koreya və Vyetnam savaşlarını göstərmək olar. (Vyetnam müharibəsində ABŞ Cənubi Vyetnam hökumətinə 500 min “hərbi müşavir”, yəni əslində öz ordusunu göndərmişdi-red.).

ABŞ hərbi-hava qüvvələrinin konfransında çxıış edən Pentaqon rəhbəri Rusiyanın son illərdə “boz zonalarda vasitəli və hibrid döyüş əməliyyatlarını uğurla həyata keçirdiyini” etiraf edib. O, buna nümunə kimi Krım və Ukraynanın şərqində baş verən hadisələri göstərib.

Rusiya isə Ukraynada, Donbasda “könüllü”lərə kömək etməsi, onları silahlandırması və ya hətta öz ordusu ilə mövcudluğunu inkar edir.

“Bütün bunlar onu göstərir ki, Rusiyanın adi müharibədə qarşımızda dayanacaq gücü yoxdur, bunun üçün onlar bizə birbaşa silahlı münaqişədən daha aşağı səviyyədə strateji rəqabət təklif edirlər. Bu döyüş əməliyyatlarının yeni formasıdır. Buna görə müxtəlif teatrlarda (döyüş bölgələri nəzərdə tutulur-red.) aşağı səviyyədə belə olsa hər cür kampaniyanın aparılması planlarınıişəyib hazırlamayıq,”-deyə Mark Esper bildirib.