Azərbaycanla Ermənistan arasında danışıqlar 3 istiqamətdə aparılır.
Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyanın Beynəlxalq Münasibətlər Şurasında çıxışı zamanı deyib.
O, danışıqların əsas istiqamətinin münasibətlərin nizamlanması, nəqliyyat-kommunikasiyalarının, iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və təhlükəsizlik olduğunu bildirib:
“Ermənistan hakimiyyəti Cənubi Qafqazda stabillik və sülhün bərpası üçün qəti addımlar atır, eləcə də Azərbaycanla danışıqlara konstruktiv cəlb edilib”.
Paşinyan həmçinin Qarabağ məsələsinin Ermənistanla Azərbaycanın normallaşma prosesindən ayrılmasına razılaşdığını, amma bunu Bakı və Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşdırılması məntiqi ilə etdiyini deyib.
Azərbaycan bu ölkə ilə müdafiə sazişi imzaladı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib....