Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ prezidenti Co Baydenə ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik göndərib.
Elchi.az xəbər verir ki, Paşinyan təbrik məktubunda Ermənistanın ABŞ-la münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazır olduğunu qeyd edib.
O, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi öhdəliyini vurğulayıb.
Xatırladaq ki, iyunun 11-də İrəvanda keçirilən strateji dialoq görüşü çərçivəsində Ermənistan və ABŞ hökumətləri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı anlaşma memorandumunun bağlanması barədə razılığa gəliblər.
Yeganə
Mənbə: TASS.ru