Angela Merkel Almaniya kansleri olaraq qalsaydı, Ukraynada heç bir münaqişə olmayacaqdı. Elchi.az “Vestdeutsche Allgemeine Zeitung” qəzetinə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Funke media qrupuna müsahibəsində açıqlayıb.
“Onlar Krımdan sonra eyni şeyi edəcəkdilər: münaqişəni beynəlmiləlləşdirməkdənsə, onu təcrid edəcəklər”, – deyə siyasətçi bildirib.
Eyni zamanda, Orban qeyd edib ki, Ukraynada münaqişəyə son qoymağa qadir olan yeganə şəxs ABŞ-ın keçmiş prezidenti və Ağ Evin rəhbəri postuna namizəd Donald Trampdır. O vurğulayıb ki, Avropanın hazırda Tramp kimi sistemi sarsıdacaq siyasətçilərə ehtiyacı var.
Havar Şəfiyeva