Dövlət Statistika Komitəsi Azərbaycanda ali təhsilli əhalinin ümumi sayının 1 milyon 299 min nəfər olduğunu açıqlayıb.
Təhsil eksperti Elçin Əfəndi Elchi.az-a bildirib ki, açıqlanan 1 milyon 299 təhsilalandan öz ixtisası üzrə davam edənlər, əsasən, pedoqoji yönümlü və hüquq ixtisaslarını bitirənlərdir.
Onun sözlərinə görə, digər qism ya işləmir, ya da fərqli sahələr üzrə çalışan mütəxəssislərə çevrilir:
“Hər il ali təhsil müəssisələrinə qəbul olan, tutaq ki, 50 min tələbənin 6-7 mini pedoqoji sahə, 1500-2000-i isə hüquq ixtisası üzrə oxuyur. Ümumiləşdirsək, 1 milyonun 8-10 faizi ixtisası üzrə çalışır. Digər tərəfdən ali təhsilli xanımlar var ki, sırf evdar xanım olmağı seçirlər. Bu da ümumi təhsilalanların 8-9 faizini əhatə edir. Bir sözlə, ümumi təhsilalanların 80 faizi ixtisasdankənar peşələrə yönəlir”.
Təhsilalanların nə qədərinin ixtisas və ya qeyri-ixtisas üzrə çalışması ilə bağlı DSK və Elm və Təhsil Nazirliyinə ünvanlanan sorğumuza cavab olaraq bildirilib ki, həmin qurumlar tərəfindən bu istiqamətlərdə statistika aparılmır.
Ağdərənin əhalisinin sayı açıqlandı
Bərpa edilmiş Ağdərə rayonunun əhalisinin sayı məlum olub. Elchi.az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat verilib....