Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada kolera epidemiyası səbəbindən 30 nəfər həyatını itirib. Səlahiyyətlilər əhaliyə suyu içməzdən əvvəl qaynadıb təmiz və bağlı qablarda saxlamağı tövsiyə edib.
Elchi.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, ölkənin 30 əyalətinin 96 bölgəsində 1141 kolera hadisəsi qeydə alınıb. Epidemiya səbəbindən 30 nəfərin öldüyü qeyd edilib.
Səlahiyyətlilər əhaliyə suyu içməzdən əvvəl qaynadıb təmiz və bağlı qablarda saxlamağı tövsiyə edib.
Ötən il Nigeriyada 3 mindən çox kolera hadisəsi qeydə alınıb və 100-dən çox insan ölüb.
“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə ötürülən kolera xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və meymun virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.
Şayəstə Hüseynova