ABŞ-ın keçmiş prezidenti demokrat Barak Obama debatda uğursuz çıxışından sonra partiyasının üzvü Co Baydenin ikinci müddətə yenidən seçilmək perspektivlərinə şübhə edib.
Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Onların sözlərinə görə, Obama özəl olaraq Baydenin fəaliyyətinə ictimai bəyanatlardan daha sərt qiymət verib.
Mənbələr qeyd ediblər ki, ABŞ-ın 44-cü prezidenti də debatdan sonra Baydenə telefonla zəng edib və şəxsi məsləhətçi kimi kömək təklif edib.
Nəşr qeyd edir ki, Obama uzun müddətdir ki, keçmiş respublikaçı prezident Donald Tramp üzərində Demokratların qələbəsi perspektivlərindən narahat olub və Baydenə indiki prezidentlik yarışının mürəkkəbliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Onların namizədliyi yayda keçiriləcək partiya qurultaylarında təsdiqlənəcək.
Nuranə Məmmədova
.