Nigeriyada baş verən partlayış nəticəsində 6 nəfər ölüb

🗓 10.06.2025 10:26 ✍️ "Elçi" qəzeti
Nigeriyada baş verən partlayış nəticəsində 6 nəfər ölüb

Nigeriyanın şimal-qərbindəki Sokoto əyalətində baş verən partlayış nəticəsində 6 nəfər ölüb.
Elchi.az xəbər verir ki, sokoto polisinin sözçüsü Əhməd Rufai verdiyi yazılı açıqlamada, əyalətin Qvabro kəndində əldəqayırma partlayıcı qurğunun səbəb olduğu güman edilən partlayışın baş verdiyini bildirib.
Rufai qeyd edib ki, partlayış nəticəsində 6 nəfər ölüb, çoxlu sayda yaralı var.
Rufai hadisə ilə bağlı araşdırmanın davam etdiyini vurğulasa da, partlayışla bağlı hər hansı təfərrüat verməyib.
Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.
Lakurava yanvar ayında ölkə hökuməti tərəfindən terror qruplaşması elan edilib.

Şayəstə Hüseynova

Bənzər yazılar