New York Times (NYT) qəzeti iddia edib ki, Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Ukraynadakı hədəfləri ilə bağlı qətiyyətli imic nümayiş etdirsə də, arxa planda atəşkəs təklifi edib.
Elchi.az xəbər verir ki, hesabatda Putinin sentyabr ayından bəri vasitəçilər vasitəsilə cəbhə xəttində döyüşləri dayandıracaq atəşkəsə açıq olduğunu bildirən mesajlar göndərdiyi iddia edilib.
“The New York Times” Putinin atəşkəs mesajını Kremlə yaxın iki keçmiş Rusiya rəsmisinə və Rusiya liderinin elçilərindən mesaj alan Amerika və beynəlxalq rəsmilərə göndərdiyi iddiasını əsaslandırıb.
Qəzetə danışan Amerika rəsmiləri iddia ediblər ki, Rusiya ilk dəfə 2022-ci ilin payızında atəşkəs razılaşmasını nəzərdən keçirir. Mənbələr Putinin o zaman Rusiyanın zəbt etdiyi torpaqlardan razı qaldığını və bu mesajın Vaşinqtona çatdırıldığını bildirib.
Qəzet iddia edib ki, Kreml administrasiyası ictimaiyyətə müharibəni davam etdirmək mesajını versə də, Ukraynada qələbə elan edərək müharibəni bitirmək istəyir.
Keçən payızda Rusiya rəsmiləri ilə görüşən beynəlxalq rəsmi NYT-yə “Görüşlərdə atəşkəs danışıqlarına hazır olduqlarını deyirlər. Müharibə bölgəsində olduqları yerdə qalmaq istəyirlər” deyib.
Nuranə Məmmədova