İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, onun hərbi katibi, general-mayor Roman Hoffman Moskvaya səfər edib.
Elchi.az xəbər verir ki, açıqlamaya görə, səfərin məqsədi 2023-cü il oktyabrın 7-də Qəzza zolağından götürülən girovların azad edilməsinə dair razılaşmanın əldə olunmasını təşviq etməkdir.
Ofisin məlumatına görə, Netanyahu bu səfərlə bağlı əsirlikdə öldürülən rusiyalı Aleksandr Lobanovun valideynlərinə məlumat verib.
Bundan əvvəl İD Rafahdakı yeraltı tunellərdən birində bir qrup girovun tapılması barədə məlumat vermişdi. İsrail ordusu girovların tapılmadan az əvvəl vəhşicəsinə öldürüldüyünü bildirib.
Yeganə