İsrailin baş naziri Benyamin Netanyahu İsrailin davam edən hücumlarından sonra verdiyi açıqlamada Livan xalqından evlərini tərk etmələrini istəyib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu dünən video müraciət yayımlayıb və mövcud vəziyyətlə bağlı qiymətləndirmələr edib. Netanyahu Livandakı mülki şəxslərdən evlərini tərk etmələrini istəyib. Açıqlamada, “Livan xalqına bir mesajım var: İsrailin müharibəsi sizinlə deyil. Hizbullahla. Çox uzun müddətdir ki, Hizbullah sizdən canlı qalxan kimi istifadə edir. O, sizin yaşayış otaqlarınıza raketlər yerləşdirdi və bu səhərdən etibarən İDF sizə təhlükədən uzaq durmağınız barədə xəbərdarlıq etdi. Sizi bu xəbərdarlığı ciddi qəbul etməyə çağırıram. Hizbullahın sizin və yaxınlarınızın həyatını təhlükəyə atmasına imkan verməyin. Hizbullahın Livanı təhlükəyə atmasına imkan verməyin. Xahiş edirəm, indi təhlükədən uzaqlaşın. “Əməliyyatımız bitəndən sonra sağ-salamat evə qayıda bilərsiniz.
Şayəstə Hüseynova