Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu “Həmas silahlarını yerə qoysa, İsrailli məhbusları təslim edərsə” Qəzza zolağına hücumlarına son verəcəklərini müdafiə etdi və HƏMAS-ın Qəzza zolağından sürgünə getməsi variantının masada olduğunu iddia edib.
Netanyahu ABŞ yazıçısı Dan Senora verdiyi müsahibədə, HƏMAS-ın qəbul etdiyi, lakin İsrail tərəfindən rədd edilən atəşkəs və məhbus mübadiləsi razılaşmasının kölgəsində HƏMAS silahlarını yerə qoysa, İsrail Qəzzaya hücumlarını dayandırmağa hazır olduğunu bildirib.
Netanyahu, “Həmas silahlarını yerə qoysa, təslim olsa və əsirləri təhvil versə, müharibə sabah bitə bilər. (HƏMAS rəhbərliyinin) sürgünə getmək variantı hələ də qüvvədədir, biz bunu hər zaman müzakirə edə bilərik, amma ən mühüm məsələ silahlarını yerə qoysalar, müharibə bitəcək”. deyib.
Şayəstə Hüseynova