Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müşavirini yeni vəzifəyə təyin edib.
Qaynarinfo.az xəbər verir ki, Fərid Turab oğlu Əhmədov “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunub.
Xatırladaq ki, Prezidentin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs yaradılıb.