Litvanın daxili işlər naziri Agne Bilotaite bəyan edib ki, NATO-nun şərq cinahında yerləşən üzv dövlətlər “dost olmayan ölkələr”dən qorunmaq üçün sərhəddə “pilotsuz uçuş aparatları divarı” inşa edəcəklər.
Elchi.az xəbər verir ki, nazir bu barədə yerli xəbər agentliyi “BNS”ə müsahibə verib.
Bilotaite, “Bu, tamamilə yeni bir şeydir; Norveçdən Polşaya dron sərhəddi. “Bunun məqsədi sərhədimizi pilotsuz uçuş aparatları və digər texnologiyaların köməyi ilə qorumaq olacaq”- deyə bildirib.
Estoniyanın daxili işlər naziri Lauri Laanemets, ” Dronların müşahidəsi və anti-dron qabiliyyəti həm çəkindirmə, həm də şərq qonşumuzun ( Rusiya ) təsir fəaliyyətlərinə qarşı çıxmaq üçün çox vacibdir ” -deyib.
Nuranə Məmmədova