NATO-dan mesaj

82

NATO-nun baş katibi Yens Stoltenberq iyulda keçiriləcək Vilnüs sammitində üzv ölkələrin ümumi daxili məhsulunun (ÜDM) ən azı 2 faizini müdafiəyə ayırması təklifinin qəbul edilməli və bunun tez bir zamanda həyata keçirilməli olduğunu bildirib. .
Elchi.az xəbər verir ki, Stoltenberq Danimarkada keçirilən Kopenhagen Demokratiya Sammitinə telekonfransla qatılıb və çıxış edib.
Stoltenberq iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitindən gözləntiləri ilə bağlı suala belə cavab verib: “Mən müttəfiqlərin Ukraynaya siyasi, praktiki və hərbi dəstəyini gücləndirəcəklərini və davam etdirəcəklərini və bundan sonra necə edə biləcəyimizə dair yeni planlar üzərində razılaşacağını gözləyirəm. Çəkindirmə və müdafiə gücümüzü gücləndirək”- ifadəsini işlədib.
Müttəfiqlərin ÜDM-nin ən azı 2 faizini müdafiəyə sərmayə qoyacağına dair yeni öhdəliyi ilə bağlı təklifini sammitdə təqdim edəcəyini bildirən Stoltenberq bunun ən qısa zamanda edilməsi lazım olduğunu vurğulayıb .
Müttəfiqlər arasında davam edən danışıqlara diqqət çəkən Stoltenberq bu razılaşmanın sammitdə əldə olunmasını gözlədiyini qeyd edib.
Stoltenberq bəyan edib ki, NATO-nun vəzifəsi Ukraynaya dəstək verməklə yanaşı, müharibənin yayılmasının qarşısını almaqdır.

Nuranə Məmmədova