“Bayden administrasiyasının yüksək rütbəli rəsmiləri gələcək dörd həftənin Rusiyanın Ukraynadakı müharibəsinin uzunmüddətli nəticələrini müəyyənləşdirəcəyinə inandıqlarını və bunun gələcək onilliklər üçün Avropa xəritəsinə təsir edəcəyini düşünür”
Alp.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti anonimlik şərti ilə bir sıra yüksək rütbəli Amerika rəsmilərinə istinadən bildirir.
Rəsmilərin fikrincə, əgər Rusiya şərqdən keçə bilsə, Putin bunu özünün “xüsusi hərbi əməliyyatı”nı məhdud uğur kimi təqdim edəcək və Ukraynanın rusiyayönümlü azlığını qoruduğunu söyləyəcək.
Lakin rəsmilərin fikrincə, Ukrayna hərbçiləri Rusiyanın Donbasdakı hücumunu dayandıra bilsələr, Rusiya prezidenti çətin seçim qarşısında qalacaq: daha çox döyüş gücünü illərlə davam edə biləcək müharibəyə yönəltmək və ya ciddi şəkildə sülh danışıqları aparmaq.
Rəsmilərin ehtimalına görə birinci variant tam milli səfərbərlik demək ola bilər və Kreml lideri üçün siyasi baxımdan risklidir.
“Pentaqon hesab edir ki, düzgün silahlarla, yüksək əhval-ruhiyyə və motivasiya ilə Ukrayna qüvvələri nəinki Rusiyanın irəliləyişini dayandıra, həm də onu bölgədən sıxışdırıb çıxara bilər”,- nəşrin həmsöhbətlərindən biri bildirib.
Ukrayna mediası bildirir ki, rus ordusu hazırda Donetsk və Tauride istiqamətlərində döyüşləri gücləndiriblər. Onlar Zarekhnoye qəsəbəsi ərazisində hücum əməliyyatları aparır və Rubejnoye qəsəbəsi ərazisində irəliləməyə çalışır. Povtoşkovski və Popasnaya yaxınlığında düşmənlə müdafiə döyüşləri davam edir.Teleqraf.com