Elektrik şəbəkəsindəki nasazlıq səbəbindən Monteneqronun demək olar ki, hamısı işıqsız qalıb.
Elchi.az xəbər verir ki, bu barədə “Adria TV” məlumat yayıb.
Regional medianın məlumatına görə, vəziyyət Bosniya və Herseqovina, eləcə də Monteneqronun elektrik təchizatı sisteminə qoşulan Dalmatiyaya təsir edib. Aydınlaşdırılır ki, elektrik yalnız Berane, Andrijeviç və Zabljak kimi şəhərlərdə mövcuddur.
Nuranə Məmmədova