Misir hakimiyyəti beş illik çoxgirişli viza tətbiq edib.
Elchi.az bu barədə Egyptindependent.com-a istinadən xəbər verir.
Multivizanın qiyməti 700 dollar təşkil edir, o, beş il müddətində etibarlı olacaq və pasport sahibinə hər səfərdə 90 günə qədər ölkədə qalmağa imkan verəcək.
Martın sonunda Misirin Turizm və Qədim Əsərlər naziri Əhməd İsa aydınlaşdırıb ki, çoxdəfəlik giriş vizası əsasən investorlar və mülk sahibləri üçün nəzərdə tutulub.
İndi 25 dollara ruslar Qahirə və Hurqadaya gəldikdən sonra 90 günlük viza ala bilərlər, Sinay möhürü isə Şarm əl-Şeyx hava limanına gəldikdən sonra 14 gün pulsuz verilir.
Yeganə