Miqrasiya Xidmətindən operativ reaksiya

47

“Pilatest Life Baku”nun Barış Sonquroğlu problemi…

Bir neçə saat əvvəl mətbuatda türkiyəli bir fırıldaqçı barədə xəbər yayıldı. Xəbərdə deyilirdi ki, Bakıda fəaliyyət göstərən və əsasən qadınların daha çox müraciət etdiyi “Pilatest Life Baku” adlı fitnes mərkəzi əcnəbi məşqçinin orda təlim keçdiyini əsas gətirərək müştərilər üçün baha xidmət göstərir: “Bütün elanlarında və fərdi söhbətlərində əslən Türkiyədən olan Barış Sonquroğlu adlı məşqçinin dərs verəcəyi vədini verirlər. Barış Sonquroğlu da gəlib buralarda bir-iki gün görünür sonra yenidən Türkiyəyə qaçır. Əcnəbi məşqçinin rahatlıqla burda təlim keçə bilməməsinin səbəbi yəqin ki, onun burda yaşamaq və işləməklə bağlı sənədlərinin qaydasında olmamsı ilə bağlıdır. Yoxsa niyə bir əlində iki qarpız tutub, bizi narahat etsin ki? Hesab edirəm ki, “Pilatest Life Baku” Barış Sonquroğlu adı ilə manipulyasiya edib, müştərilərini kütləvi aldatmaqla məşğuldur. Burda işləmək və ya yaşamaq icazəsi olmayan məşqçini niyə gətirib bizi də narahat edirlər?” – deyən xanim müştərilərdən bir neçəsi saytlara açıqlama vermişdi.

Özəl mənbələrdən aldığımız məlumata görə xəbər yayılandan dərhal sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşları operativ reaksiya verərərək Türkiyə vətəndaşı Barış Sonquroğlunu idarəyə aparıblar. Bildirildiyinə görə hal-hazırda vətəndaşdan izahat alınır və araşdirmalardan sonra vətəndaşlarımızın aldadılmasina yol açan əməllərinə görə ölkədən deport olunacaq.

Elchi.az