Erməni hərbi-siyasi analitik Mher Akopyan erməni mediasına açıqlamasında Rusiya- Ukrayna savaşının Ermənistana böyük təsiri olacağını bildirib..
Alp.az xəbər verir ki, Mher Akopyan bildirib ki, Rusiya Ukrayna müharibəsində məğlub olsa Ermənistanın vəziyyəti gərgin olacaq.
“Ukraynada savaşda Rusiya məğlub olsa Ermənistan çətin situasiya ilə üz-üzə qalacaq. Qarabağ tamamilə əldən çıxacaq. Həmçinin regiona nəzarət Türkiyənin nəzarətinə keçə bilər. Bu isə ermənilərin bir toplum kimi məhvinə səbəb olacaq. Görünən odur ki, bu savaşda Rusiya məğlub olacaq”- deyə Mher Akopyan bildirib.