“Fakt budur ki, 1994-cü ildə biz müharibədə qalib gəlmədik. Ancaq bəli, ciddi döyüşləri udduq”.
Alp.az-ın verdiyi xəbərə görə, bu fikri Ermənistanın “24TV” telekanalının efirində baş nazir N.Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının üzvü Ovik Ağazaryan ifadə edib.
O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü çoxdan tanıyırb, o da bunu “tanıyır” və Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur.
Ermənistan parlamentinin üzvü kimi Azərbaycanın irəli sürdüyü beş məsələ ilə bağlı fikirləri, həmin məqamları qəbul edib-etməməsi haqda suala isə Ağazaryan belə cavab verib:
“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Lakin erməni deputat əlavə edib ki,Xankəndi öz müqəddəratını özü müəyyən etməlidir”…Moderator.az