İtaliyanın baş naziri Corciya Meloni Avropa İttifaqının (Aİ) Liderlər Sammitində Birliyin yeni idarəçiləri kimi təklif edilən və seçilən adları dəstəkləməmək qərarına gəldiyini deyib.
Elchi.az xəbər verir ki, Meloni bu barədə X hesabında qeyd edib.
Meloni iyunun 26-da Brüsseldə keçirilən birliyin Liderlər Zirvəsinə gəlməzdən əvvəl İtaliya parlamentindəki çıxışında Birliyi 5 il idarə edəcək adların müəyyənləşdirilməsini və digər Aİ liderlərini təklif etdikləri adlara görə sərt şəkildə tənqid edib.
Meloninin parlamentdəki tənqidlərindən sonra mətbuatda İtaliya prezidenti Serxio Mattarella qeyd edib: “AB-nin qurucu tərəfdaş dövlət olan İtaliyanı görməməzlikdən gəlməməsi lazımdır”.
Qeyd edək ki, müxalifət partiyaları “Meloni və onun rəhbərlik etdiyi sağçı koalisiya İtaliyanı Avropadan təcrid etdi”,- kimi tənqidi fikirlər səsləndiriblər.
Yeganə
Mənbə: TASS.ru