Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa İttifaqı (Aİ) və NATO-da yeni təyinatları şərh edib.
Elchi.az xəbər verir ki, Medvedev bu barədə Teleqram kanalında yazıb.
“NATO və Avropa Komissiyasında üçlük gözəldir, hər biri bir-birindən daha gözəl olan Mark Rutte, Ursula Fon der Leyen və Kaya Kallas”, – deyə Medvedev Teleqram kanalında yazıb.
Medvedev hesab edir ki, NATO-nun yeni baş katibi kimi təsdiqlənən Mark Rutte nisbətən qısa müddətdə qəzəbli rusofoba və sadiq atlantikçiyə çevrilib.
Medvedevin sözlərinə görə, Avropa Komissiyasının yeni sədri təyin edilmiş Ursula fon der Leyen mazoxistcəsinə xaricdəki ağalara sadiqdir və həmçinin daim, söz seçmədən, Rusiya Federasiyasına qarşı pis cəfəngiyyatlar danışır.
Estoniyanın baş naziri Kaja Kallasın Avropa diplomatiyasının rəhbəri vəzifəsinə təyin edilməsindən danışan Medvedev yazıb ki, o, uğurlu avropalı siyasətçi üçün ən vacib iki xüsusiyyəti mükəmməl birləşdirib: “Nüvə rusofobiyası və mənfəət üçün sonsuz susuzluq”.
Onun qeyd etdiyi kimi, Kallasın tezliklə Leyenin sağ əlinə çevrilməsi təəccüblü deyil.
“Daha ciddi desək, Avropanın qəribə şousu getdikcə daha həyəcanlı olur”,- deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini fikirlərini yekunlaşdırıb.
Yeganə
Mənbə: Vesti.ru