Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, hazırda Ukrayna birbaşa ABŞ və NATO ölkələrinin nəzarətindədir.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, Medvedev bu barədə Teleqram kanalında yazıb.
Medvedev ABŞ və NATO-nu Ukraynanı idarə etməkdə ittiham edib və dövlətlərin də Kiyevi dəstəklədiyini vurğulayıb.
“Bu gün Ukrayna sadə dillə desək, ABŞ və NATO ölkələrinin birbaşa nəzarətində olan dominion kimi bir şeydir. Ukrayna çətinlik çəkmir və ABŞ-la NATO ölkələri tərəfindən tam dəstəklənir”,-deyə o, qeyd edib.
Medvedev xatırladıb ki, Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrel etiraf edib ki, Kiyevə silah ötürülməsi dayandırılarsa, Ukraynadakı münaqişə bir neçə həftəyə başa çata bilər.
Yeganə