Cari mövsüm başa çatdıqdan sonra komandadan ayrılacağını artıq açıqlayan PSJ-nin fransalı hücumçusu Kilian Mbappe Paris klubunun prezidenti Nasser Əl-Xəlaf ilə əlbəyaxa davaya başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri yazır.
Mətbuatın yazdığına görə, insident Fransa Liqa 1-in 33-cü turunda PSJ və Tuluza komandalarının qarşılaşmasından (1:3) əvvəl baş verib. Oyundan əvvəl klub rəhbəri futbolçudan vida videosunda onun adını niyə xüsusi qeyd etmədiyini soruşub. Bundan sonra dava düşüb.”
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, tələbəsi olduğu Monakonun rənglərini qoruyub. Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqavilənin sonunda yayda Real Madridə keçməyə qərar verib.
Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. Artıq internetdə “Santyaqo Bernabeu”da fransız forvardın təsviri olan yaylıqlar satılmağa başlayıb. Ancaq keçid hələ rəsmi olaraq açıqlanmayıb.
Nuranə Məmmədova