Amerikalı sahibkar İlon Mask robotlarla dostluq etmək barədə fikirlərini bölüşüb.
Elchi.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.
“Cannes Lions” beynəlxalq festivalında çıxış edən “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri deyib ki, gələcəkdə insanlar robotlarla dost ola biləcəklər:
“Düşünürəm ki, insanlar öz şəxsi robotu “Optimus”-a bir növ dost kimi baxmağa başlayacaqlar”.
Sahibkar həmçinin “Tesla” robotlarını məşhur pop mədəniyyət personajları ilə, məsələn, Ulduz Müharibələrindən droid R2-D2 ilə müqayisə edib. Maskın proqnozuna görə, gələcəkdə hər bir insanın şəxsi robotu almaq imkanı olacaq:
“Siz sadəcə ondan itinizi gəzdirməyi, evinizə və ya uşaqlarınıza baxmağı, şam yeməyi bişirməyi, pianoda çalmağı xahiş edə bilərsiniz”.
Mask həmçinin qeyd edib ki, o, “Optimus”-u şirkətin ən qiymətli aktivlərindən biri hesab edir. O, gələcəkdə robotların sayca insanları ötəcəyini proqnozlaşdırıb.
Xatırladaq ki, iyunun ortalarında Mask “Tesla” Korporasiyasının istehsalında minlərlə robotun meydana çıxdığını elan etdi. O, qeyd edib ki, maşınlar avtomobil istehsalında canlı mütəxəssislərə kömək edəcək.
Yeganə
Mənbə: Lenta.ru