Elon Musk, ABŞ-ın keçmiş prezidenti Donald Trampın bəzən ona “nədənsə” zəng etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Teslanın Texas əyalətinin paytaxtı Ostində keçirilən illik səhmdar yığıncağında podiuma çıxan Mask Donald Trampın Tesla Cybertruck-un böyük pərəstişkarı olduğunu da bildirib.
Mask Tramp haqqında danışarkən, “Dəqiq bilmirəm… Onunla bəzi söhbətlərim olub və heç bir səbəb olmadan mənə zəng vurur… Bilmirəm niyə, amma zəng edir. Çox zəng edəndə nəzakətli.”
Elektrikli avtomobillərin gələcək üçün çox faydalı olduğunu və Amerika liderlərinin elektrik avtomobilləri sevdiyini izah edən Musk, “Məncə, dostlarınızın çoxunun indi Teslası var” deyib.
Şayəstə Hüseynova