Amerikalı sahibkar İlon Mask sosial şəbəkə izləyicilərinə tövsiyə etdiyi kitabların adını çəkib. Mask kitablardan birinin İosif Stalinə həsr olunduğu siyahını X sosial şəbəkəsində dərc edib.
Elchi.az xəbər verir ki, Maskın tövsiyələrinin əksəriyyəti hərbi tarixə aid kitablardır.
Mask digər kitablar arasında Barbara Takmanın Birinci Dünya Müharibəsinin keçmişindən bəhs edən “Avqust silahları”, antropoloq Cek Uezerfordun “Çingiz xan və müasir dünyanın doğulması” və Uilyam Mançesterin amerikalı general Duqlas MakArturun tərcümeyi-halı olan “Amerika Sezar”ını tövsiyə edib.
Siyahıya həmçinin, Adam Tuzun Almaniyanın iqtisadi tarixindən bəhs edən “Məhviyyətin qiyməti” və Ernst Yunkerin Birinci Dünya Müharibəsi haqqında Alman memuarı olan “Polad fırtınaları” əsəri də daxildir. Bundan əlavə, Mask Roma imperatoru Qay Yuli Sezar tərəfindən yazılmış Homerin “İliada”sını və Qaliya müharibəsi haqqında qeydləri tövsiyə edib.
Yeganə
Mənbə: Bloomberg.com