Amerikalı milyarder İlon Mask bildirib ki, “xAI” şirkəti avqust ayında “Grok” süni intellektinin növbəti versiyası olan “Grok 2”-ni buraxacaq.
Elchi.az xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsində bildirib.
“Grok 3” isə ilin sonuna qədər buraxılacaq, üçüncü versiyanı hazırlamaq üçün 100 min Nvidia H100 çipindən istifadə ediləcək. Mask “Grok 3”-ün fərqli xüsusiyyətlərə malik olacağını vurğulayıb.
Qeyd edək ki, “xAI” şirkəti 2023-cü ilin noyabr ayından etibarən təqdim edilmiş “Grok” süni intellektini inkişaf etdirir. Xidmət ABŞ, Böyük Britaniya və Avropada X sosial şəbəkəsinin Premium+ abunəçiləri üçün əlçatandır.
Yeganə
Mənbə: Vesti.ru