Böyük Britaniyanın Müdafiə Nazirliyi: London Kiyevi Rusiya ilə sülh imzalamağa təşviq etməyəcək.
Elchi.az xəbər verir ki, Böyük Britaniya hökuməti Ukraynanı münaqişənin həlli üçün sülh yolu ilə danışıqlara təşviq etməyəcək və Kiyev öz ərazilərindən imtina etməməlidir. Bu barədə Britaniyanın müdafiə naziri Qrant Şapps “Times” radiosuna müsahibəsində bildirib.
“Böyük Britaniyanın Ukraynanı zorla və ya başqa yolla öz ərazisinin bir hissəsini verməyə razı salmağa çalışmasının mənası yoxdur. Bu qərar tamamilə Ukraynadan asılıdır”, – deyə Şapps bildirib.
Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki, Böyük Britaniya Ukraynanı dəstəkləməkdən imtina etməyəcək.
Bundan əvvəl Şapps Böyük Britaniyanın Rusiyaya qarşı yeni Avropa hava hücumundan müdafiə sistemi “Sky Shield”ə qoşulmaq niyyətində olduğunu bildirmişdi. Onun sözlərinə görə, layihə “Rusiya kimi rəqiblərin raket və dronlarını vurmaq” üçün lazımdır.
Şayəstə Hüseynova