Kürdəmirdə silahlı insident olub.
Elchi.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Carlı kəndində qeydə alınıb.
Kənd sakinləri – Xalid Abdullayevlə Rüstəm Məmmədov arasında mübahisə düşüb.
Mübahisədən sonra X.Abdullayev gecə saatlarında R.Məmmədovun yaşadığı evə gələrək ov tüfəngi ilə onu güllələyib.
Nəticədə R.Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.