Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo Suriyada zəlzələdən zərərçəkənlərə yardım edib.
Elchi.az xəbər verir ki, portuqaliyalı futbolçu təyyarə ilə humanitar yardımı göndərib.
Ronaldonun köməyi təkcə zəruri malların tədarükü ilə məhdudlaşmayıb. O, suriyalı uşağı Səudiyyə Ərəbistanı çempionatı oyununa dəvət edib
Suriyanın gənc sakini Nabil Səid Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nasr” və “Əl-Batina” klubları arasında keçirilən oyunda iştirak edib. Kriştiano oyundan əvvəl onunla görüşüb.
Yeganə